YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq

«Azərbaycanın yeganə problemi torpaqlarımızın bir hissəsinin işğal altında olmasıdır». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, dövlətimizin qarşısında dayanan əsas vəzifə ərazi bütövlüyümüzün bərpa olunması və qaçqın-məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasıdır. Hazırda Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli ilə əlaqədar danışıqlar prosesi gedir.

«Əgər Ermənistan sülh yolu ilə torpaqlarımızdan geri çəkilməsə bu vəzifəni ordumuz yerinə yetirəcək. Keçən ilin aprel döyüşləri bunu sübut etdi. Ümumiyyətlə, aprel döyüşləri işğalçı Ermənistana ağır zərbə oldu, düşmən tərəf ordumuzun gücünü gördü. Bu döyüşlər xalqımızda ruh yüksəkliyini daha da artırdı. Xalqımız inanır ki, Prezidentimizin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq»-deyə, deputat qeyd edib.