YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı ravvin: Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayır

Azərbaycanda dini tolerantlıq inkişaf edib, ölkədə sünni və şiələr bir-birlərinə qarşılıqlı hörmət edir.

Bunu ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Bakıda “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycanda bütün dini konfessiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayır. Amerikalı ravvin həmçinin terrorizmə qarşı mübarizənin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O, belə konfransların keçirilməsinin bu istiqamətdə çox əhəmiyyətli olduğunu diqqətə çatdırıb.