YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Senatının sədr müavini: Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq

Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir.

Bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: “Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".