YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Müasir dövrün sosial-siyasi reallıqları, dünyanın yeni çağırışları intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyur

«Müasir dövrün sosial-siyasi reallıqları, dünyanın yeni çağırışları intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyur». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, ölkədə və xaricdə yaşayan gənc azərbaycanlı alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində əlaqələndirilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Onun sözlərinə görə, akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb.

«Son illər AMEA-nın 100-ə yaxın gənc alimi dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunublar. Bu proses hazırda da davam etdirilir. Sevindirici haldır ki,
AMEA-nın gənc alimləri bir çox elmi nailiyyətlər əldə edir, yeni kəşflərə imza atırlar»-deyə, akademik vurğulayıb.