YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır

«Ölkəmizin mili maraqlarının qorunmasında Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin siyasətini fəal dəstəkləyir.

«Bu gün bizim üçün əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Gənclər təşkilatlarımız bu istiqamətdə reallaşdırılan layihələrdə, kampaniyalarda daha fəal iştirak etməli, öz sözünü deməlidir. Bu gün Prezidentimizin xarici siyasəti nəinki gənclər təşkilatları üçün, bütün qurumlar üçün prioritet istiqamət təşkil edir. Dövlətimizin  Azərbaycanın tarixi milli adət ənənələrinin  beynəlxalq səviyyədə tanıdılması üçün həyata keçirdiyi layihələr gənclərimiz və gənclər təşkilatları üçün əsas olmalıdır»-deyə, komitə sədri vurğulayıb.