YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ikinci telekommunikasiya peykini 2018-ci ilin ortalarında orbitə çıxaracaq

Azərbaycanın ikinci peyki - “Azerspace-2”nin tikintisi üzrə işlər planlaşdırıldığı kimi aparılır. Peyk 2018-ci ilin ortalarında orbitə çıxarılacaq.

Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) növbəti toplantısında məlumat verib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və yaxın illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.