YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Həştərxan vilayəti arasında ticarət dövriyyəsi dörd dəfə artıb

Bu ilin 11 ayının yekunlarına görə, Həştərxan vilayətinin Azərbaycanla ticarətində bütün göstəricilər üzrə artım qeydə alınıb. Ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 4 dəfə artaraq 16 milyon dollara çatıb.

Vilayətdən Azərbaycana məhdud çeşiddə mallar – gəmiqayırma məhsulları, portlandsement, balıq və un məhsulları ixrac olunur. Əks istiqamətdə Azərbaycandan qara metaldan hazırlanmış məmulatlar, balıq məhsulu və nəqliyyat vasitələri göndərilir.

Azərbaycanda səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin hesab edir ki, Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi daha böyük potensiala malikdir.