YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən önəmli layihələr həyata keçirilir

«Gənc nəslin ənənəvi dini və milli dəyərlərimizin qorunması istiqamətində QHT-lər tərəfindən önəmli layihələr həyata keçirilir». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

 A. Quliyev bildirib ki, şura tərəfindən bu cür layihələrin reallaşmasına zəruri dəstək verilir. Onun sözlərinə görə, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahədə qarşıda duran vəzifələrin icrası istiqamətində davamlı tədbirlər həyata keçirilməlidir.

«Xüsusilə dini radikalizmin qarşısının alınmasında ən mühüm addımlardan biri maarifləndirmə işidir. Gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl olaraq tədbirlər görülməlidir. Sevindirici haldır ki, QHT-lər bu prosesdə fəal iştiriak edirlər»-deyə, A.Quliyev qeyd edib.