YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Taktiki təlim şəhərciyinin yeni idarəetmə məntəqəsi açılıb

Dekabrın 15-də yeni inşa edilmiş taktiki təlim şəhərciyinin idarəetmə məntəqəsinin açılışı olub. Açılış mərasimində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, idarəetmə məntəqəsi ilə tanışlıq zamanı bildirilib ki, burada təlimlərə cəlb ediləcək şəxsi heyətin yerləşdirilməsi üçün müvafiq infrastruktur yaradılıb. Real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarını tədris və praktiki məşq etdirilməsi nəzərdə tutulub.

Sonra Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memorandum çərçivəsində birgə hazırlanmış müxtəlif döyüş vasitələri və texniki avadanlığının nümunələri müdafiə nazirinə təqdim olunub, onların döyüş imkanları nümayiş etdirilib.