YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur

“İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur. Bu fikri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi İslam həmrəyliyinə çağırış olmaqla bərabər, dövlətimizin başçısının islami dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. 

«Bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib, həmrəylik çağırışı bütün dünyada rəğbətlə qarşılanıb. Dünyada cərəyan edən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi qüvvələrin İslam adından çıxış etməsinin qarşısını ala bilər. Ölkəmiz bununla bağlı öz sözünü dedi və dünyaya göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq dinidir, humanist və insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir»- deyə, akademik vurğulayıb.