YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Proqramların uğurla reallaşması nəticəsində respublikamızda yüzminlərlə yeni iş yeri açılıb

«Azərbaycanda 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramı uğurla icra edilməkdədir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu proqram regionlarda  işsizlik probleminin aradan qaldırılması baxımından da əhəmiyyətlidir. Onun sözlərinə görə, proqramların uğurla həyata keçirilməsinin nəticəsində ötən müddət ərzində respublikada yüzminlərlə yeni iş yeri açılıb.

«Həmçinin, yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir. Bu fakt ölkəmizin reallığının əyani göstəricisidir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.