YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Van Ticarət və Sənaye Palatasının rəhbəri Bakıya gələcək

Gələn il martın 15-dən aprelin 5-dək Van Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Vanda "Van Shopping Fest" keçiriləcək.

Van Ticarət və Sənaye Palatasının rəhbəri Necdet Takva festivalı tanıtmaq üçün Azərbaycana səfər edəcəklərini deyib.

Türkiyənin Kiçik və Orta Həcmli Müəssisələri İnkişafetdirmə və Dəstəkləmə İdarəsinin dəstəyi ilə Azərbaycana 3 günlük səfər planlaşdırdıqlarını deyən N.Takva qeyd edib ki, səfər çərçivəsində Türkiyənin ölkəmizdəki səfirliyini və Azərbaycan Ticarət və Sənaye Palatasını ziyarət edəcəklər. “Əsas məqsədimiz onları "Van Shopping Fest"ə dəvət etməkdir. İran ilə ilk dəfə 2014-ci ildə bu şəkildə əməkdaşlığa başlamışdıq. Budəfəki səfərimiz isə Azərbaycana olacaq”,- deyə Necdet Takva bildirib.