YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abel Məhərrəmov: Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir

«2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi böyük əhəmiyyət daşıyır». Bu fikri Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov deyib.

A.Məhərrəmov bildirib ki, ölkəmiz bir sıra təşkilatların, həmçinin müsəlman ölkələrini birləşdirən mötəbər qurumların üzvüdür. Onun sözlərinə görə, Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir. 

«Son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılıb. Keçmiş sovet dövründə dinlə bağlı sərt qadağalar vardı, o vaxt Azərbaycanda cəmi iyirmi məscid fəaliyyət göstərirdi. Hazırda ölkəmizdə məscidlərin sayı iki mini ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Bu iş uğurla davam etdirilir, yeni məscidlər tikilir, qədim dini-mədəni abidələr bərpa edilərək həyata vəsiqə alır. Bu, Ulu öndərimiz Heydər Əliyevin milli və mənəvi dəyərlərimizin yaşadılması istiqamətində müəyyənləşdirdiyi siyasətin uğurlarından xəbər verir»- deyə, akademik vurğulayıb.