YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbbibəyli: Azərbaycançılıq ideologiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

«Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin inkişafı üçün müdrik və məqsədyönlü siyasət həyata keçirib. Ulu öndər Azərbaycanın  sürətli inkişafı üçün çox böyük  islahatların müəllifi kimi də tariximizdə yaşayacaq». Bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, azərbaycançılıq ideologiyası məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasında Ulu öndərin xidmətləri əvəzsizdir.

«Azərbaycanın çoxəsrlik tarixində ilk dəfə azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin ideologiyası səviyyəsinə qaldırılıb. Ölkəmiz bütün sahələrdə sürətli inkişafa məhz bu müdrik siyasi xadimin böyük səyləri sayəsində müvəffəq olub. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşib, müasir Azərbaycan dövləti qurulub və xalqımız müstəqillik arzusuna çatıb»-deyə, komitə sədri vurğulayıb.