YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Seyidzadə: Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq

«Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Bu müstəqilliyin qorunması və möhkəmlənməsi Ümummilli Liderin xidmətləri sayəsində mümkün olub». Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə YAP Qadınlar Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan “Heydər Əliyev fenomeni - müdriklik və qətiyyət örnəyi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Dilarə Seyidzadə bildirib ki, Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb. Onun sözlərinə görə, Ulu öndərin bizim üçün miras qoyduğu irs nəsillərdən-nəsillərə ötürüləcək və əbədi yaşayacaq.

«Ulu öndər hər zaman bütün dünyada böyük hörmətlə qarşılanıb. Hər bir azərbaycanlı bunu yüksək qiymətləndirməli, Onun müəyyənləşdirdiyi  yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. O, Azərbaycanla fəxr edirdi. Ümummilli Liderin siyasətini bu gün Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir. Azərbaycan Prezidenti ölkəmizin inkişafı ilə bağı mühüm işlər görür»- deyə, D.Seyidzadə vurğulayıb.