YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur

“İki min il ərzində qədim İpək Yolu bugünkü Azərbaycandan keçib. Ümumdünya Sərgisi kimi bu yol bilik və bacarıqların paylaşılması üçün əhəmiyyətli bir dəhliz olub. Bu, ölkəmizin tarixini, mədəniyyətini və tolerant imicini formalaşdırıb.

Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar. Etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir. Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”. Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 14-də  Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması münasibətilə qəbulda çıxışı zamanı səsləndirib.

Mehriban xanım Əliyeva: “Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir” – deyə, qeyd edib.