YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Bakı-Tbilisi-Qars dəmiryolu xətti tək region üçün deyil, Avropa və Asiya üçün ən mühüm layihələrdən biridir

«Bakı-Tbilisi-Qars dəmiryolu xətti tək region üçün deyil, Avropa və Asiya üçün ən mühüm layihələrdən biridir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, Avropa və Asiyanı birləşdirən bu dəmiryolu dövlətləri tək iqtisadi cəhətdən deyil, digər sahələrdə də bir-birinə bağlayan nəqliyyat vasitəsi olacaq. Onun sözlərinə görə, dəmiryolu ölkələrin iqtisadiyyatında mühüm rol oynayacaq.

«Hesab edirəm ki, bu dəmiryolu Avropadan Asiyaya yüklərin daşınmasında həm vaxt baxımından, həm də iqtisadi cəhətdən səmərəli olacaq. Bu dəmiryolu layihəsinin reallaşması Azərbaycan prezidentinin siyasi qətiyyətinin təntənəsidir. Bakı-Tbilisi-Qars  Azərbaycan üçün gələcəkdə böyük iqtisadi səmərə verəcək. Dəmiryolu Uzaq Şərqdən Avropaya qədər bu xəttin üzərində yerləşən dövlətlərin iqtisadi-mədəni əlaqələrində, xalqların inteqrasiyasında mühüm rol oynayacaq»-deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.