YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir

«Azərbaycanın insan kapitalının inkişafına davamlı şəkildə sərmayələr yönəltməsi cəmiyyətin intellektual potensialının artmasını şərtləndirir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir. İntellektual cəmiyyət innovasiyalara, müxtəlif texnoloji tətbiqlərə açıq olur ki, bu da müasir dövrdə çox vacib amildir.

«Cəmiyyətin intellektual potensialının artması ölkənin milli təhlükəsizliyi baxımından da böyük aktuallıq daşıyır. Dünyanın mənzərəsini göz önündə canlandıraq. İnkaredilməz həqiqətdir ki, təhsilin səviyyəsi aşağı olan ölkələrdə nəinki yalnız innovativ inkişaf müşahidə edilmir, həm də bu qəbildən olan ölkələrə kənar mənfi təsirlər daha asanlıqla yol tapır. Müasir dövrün aktual çağırışları sırasında təhsilə, elmi inkişafa, iqtisadiyyatda innovasiyaların tətbiqinə verilən önəm xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Artıq heç kəsdə şübhə yoxdur ki, ölkələrin inkişaf səviyyəsi təbii resursların həcmi ilə deyil, cəmiyyətin intellektual potensialı,  texnoloji yeniliklərin tətbiqi ilə ölçülür. Bunu dünyanın inkişaf etmiş, qabaqcıl ölkələrinin təcrübəsindən də görmək mümkündür. Müasir dövlət quruculuğunu strateji hədəf seçən Azərbaycan da məhz ölkə miqyasında təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasını daim diqqət mərkəzində saxlamaqla bütövlükdə cəmiyyətin intellektual potensialının davamlı şəkildə artmasına, milli iqtisadiyyatın texnoloji relslər üzərində  irəliyə getməsinə nail olmağa çalışır. Və bu yöndə də ciddi nailiyyətlər qazanır»- deyə, deputat qeyd edib.