YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarus parlamentləri arasında birgə bəyanat imzalanıb

Oktyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycan nümayəndə heyətinin Minskə rəsmi səfərinin yekununa dair bəyanat imzalayıblar.

Bəyanatda Azərbaycan və Belarus parlamentlərinin iki ölkə arasında iqtisadi-ticari, mədəni, elmi, təhsil sahələrində əlaqələrin inkişafına töhfələri qeyd olunub.

İmzalanma mərasimində Milli Məclisin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.

DİGƏR Xəbərlər Arxiv