YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistana daha çox təzyiq göstərilməlidir

“Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə də hər bir görüşdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxladı və münaqişənin indiyə qədər həll olunmamasının səbəbini görüş iştirakçılarının nəzərinə çatdırdı”.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündəki nitqinə münasibət bildirərkən deyib.

B.Sadıqov bildirib ki, ermənilər həmişə danışıqlar prosesini pozmağa çalışıb: “Ermənistan həm xarici işlər nazirlərinin, həm prezidentlərin görüşləri ərəfəsində müxtəlif təxribatlara əl ataraq danışıqlar prosesini pozmağa çalışıb. Məhz ermənilərin bu hərəkətinin, mövcud status-kvonu dəyişməz olaraq saxlamağa çalışmasının nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar heç bir praktiki nəticə verməyib”.

B.Sadıqov bildirib ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, erməni qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrə əməl etmir: “Ona görə də beynəlxalq aləm tərəfindən Ermənistana təzyiq olunmalıdır ki, bu qətnamələr yerinə yetirilsin. Elə Avropa İttifaqı da bu məsələdə öz sözünü deməlidir”.

B.Sadıqov vurğulayıb ki, burada beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsi amili də var: “Necə olur ki, digər məsələlərlə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri dərhal icra olunduğu halda, BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətamələri 24 ildir ki, yerinə yetirilmir?”.

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regional təhlükəsizliyə və sabitliyə təhlükədir: “ATƏT-in Minsk qrupu beynəlxalq hüquq normalarına əməl etməsi üçün Ermənistanın işğalçı rejiminə daha çox təzyiq göstərməlidir”.

B.Sadıqov bildirib ki, Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etməyə daim hazırdır: “Əlbəttə lazım gələrsə, ordu da öz sözünü deyəcək”.

DİGƏR Xəbərlər Arxiv