YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib

«Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib». Bu fikri təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, bu baxımdan şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

«Sevindirici haldır ki, ölkəmizdə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu bizim gələcək hədəflərimizin əsas qaynağıdır. Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!»- deyə, nazir Azərbaycan müəllimlərini təbrik edib.