YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Oktyabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək.

Forum Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə təşkil olunur. Builki forumun əsas mövzuları logistika, sənaye və maliyyə sahələridir. Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək, alman şirkətlərinin və onların Azərbaycanda olan tərəfdaşlarının layihə və təkliflərini təqdim etməkdir.