YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: İslam həmrəyliyi təşəbbüsü bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıyır

«İslam həmrəyliyi təşəbbüsü olduqca geniş məna kəsb edir və bu təşəbbüs bütün İslam dünyası üçün böyük əhəmiyyət daşıyır». Bu fikri AMEA-nın vitse-prezıdenti, akademik  İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, müsəlman dünyasının qarşılaşdığı haqsızlığa qarşı birgə mübarizəyə ehtiyac var. Onun sözlərinə görə, bu məsələdə İslam maarifləndirilməsi günün aktual tələbidir ki, İslam həmrəyliyi bu məsələni də özündə əks etdirir.

«İslam xalqlarının ortaq mədəniyyətlərinin bölüşdürülməsi, xalqlarımızın müasir həyatını əks etdirən əsərlərin yazılması kimi məsələlər də İslam həmrəyliyinin tərkib hissəsidir. Prezident İlham Əliyevin İslam həmrəyliyi istiqamətində göstərdiyi təşəbbüs, dövlətimizin başçısının qəbul etdiyi qərarlar müsəlman ölkələri arasında iqtisadi, mədəni və humanitar əlaqələrin də möhkəm təməl üzərində qalmasına əsasdır. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar Ulu öndərimiz Heydər Əliyevin ideyalarının davam etdirilməsidir»- deyə, akademik vurğulayıb.