YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Azərbaycan İslam coğrafiyasına daxil olan dövlətlər arasında həmrəyliyin güclənməsinə böyük səy göstərir

«Azərbaycanı müsbət mənada fərqləndirən əsas cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz bu gün Avropa və İslam dünyası dövlətləri ilə eyni dərəcədə səmimi münasibətlər qurmağa nail olub». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Asiya ilə Avropanın, müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan Avropa coğrafiyasına daxil olan ölkələrlə əməkdaşlığın dərinləşməsinə böyük önəm verir. Onun sözlərinə görə, Azərbaycanın ən böyük ticarət tərəfdaşı Aİ ölkələridir.
«Azərbaycan, eyni zamanda, İslam coğrafiyasına daxil olan dövlətlər arasında həmrəyliyin güclənməsinə böyük səy göstərir. Ölkəmiz bəşəriyyət üçün böyük mədəniyyət yaradan İslam coğrafiyasında əmin-amanlığın bərqərar olmasına yönələn səylərini İƏT çərçivəsində davam etdirir. İndiyədək respublikamız İslam coğrafiyasına aid müxtəlif məsələlərə həsr olunan bir neçə beynəlxalq tədbirə məmnuniyyətlə ev sahibliyi edib. Respublikamızda ənənəvi olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Azərbaycanın 2008-ci ildə irəli sürdüyü təşəbbüs - “Bakı prosesi” mədəniyyətlərarası dialoqun davam etdirilməsi üçün əla platformaya çevrilib. 2012-ci ildə respublikamızın Avropanın mötəbər musiqi yarışmasına ev sahibliyi etməsi mədəni həyatımızda mühüm hadisə oldu. Cari ilin birinci yarısında Bakıda V Qlobal Forumun, həmçinin V Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi əlamətdar hadisədir. Azərbaycanın ölkələr və xalqlar arasında əlaqələrin dərinləşməsində mühüm rol oynayan mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb. Azərbaycan 2015-ci ilin yayında dünyanın 50 ölkəsindən təxminən 6 min idmançının iştirakı ilə Bakıda keçirilən birinci Avropa Oyunlarının təşkilində yeni standartlar müəyyənləşdirdi. 2017-ci ilin birinci yarısında Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının, “Formula-1” qran-prisinin həyəcanını unutmayıb. Bir qədər bundan əvvəl respublikamız 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edib. Bütün bunlar Azərbaycanın bir daha sivilizasiyalar arasında bir körpü olduğunu təsdiqləyir»- deyə, N.Cəfərov vurğulayıb.