YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan nazir xüsusi qeyd edib ki, Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair mövqeyi Avratlantik təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir, regional sülh və sabitlik üçün əhəmiyyətlidir. Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi yüksək qiymətləndirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü regionun təhlükəsizliyinə ciddi təhdiddir.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən C.Appaturay sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə və Alyansın müxtəlif proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakına görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında müxtəlif proqramlar üzrə həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.