YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin müdafiə naziri Azərbaycanda hərbi təlimlərin bağlanışında iştirak edəcək

Sentyabrın 27-də Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək.