YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Ölkəmizdə sosial-iqtisadi baxımdan daim inkişaf tendensiyası müşahidə olunur

«Azərbaycanda sosial-iqtisadi baxımdan daim inkişaf tendensiyası müşahidə olunur». Bu fikri Milli Məclisin deputatıSevinc Hüseynova deyib.

S.Hüseynova  bildirib ki, dünyada baş verən qlobal proseslərə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə sosial layihələrin heç biri təxirə salınmayıb. Onun sözlərinə görə, bu, düşünülmüş sosial-iqtisadi siyasətin nəticəsidir.

«Ölkəmizdə davamlı olaraq aztəminatlı ailələrin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısı səviyyəsində vurğulanıb ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu ölkəmizdə sosial layihələrin, proqramların həyata keçirilməsinə heç bir problem yaratmayacaq. Bu amil isə Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir. Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv