YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycan dövləti sosial layihələrin icrasına xüsusi diqqət yetirir

«Dünyada maliyyə və iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda sosial layihələrin icrasına böyük maliyyə vəsaitinin ayrılması dövlətimizin qüdrətinin göstəricisidir». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, böhranın nəticəsi olaraq Avropanın inkişaf etmiş ölkələrində iş yerlərinin ixtisara, sosial layihələrin icrasının təxirə salınması fonunda Azərbaycanda irimiqyaslı sosial layihələrin maliyyələşdirilməsi və maaşların, pensiyaların artırılması dövlətimizin qüdrətindən xəbər verir. Onun fikrincə, xüsusilə bu fakt Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik siyasətin səmərəliliyinin parlaq göstəricisidir.

«İqtisadiyyatın inkişafından əldə olunan kapitalın cəmiyyətin bütün sferalarının inkişafı üçün bərabər şəkildə bölüşdürülməsi, göründüyü kimi, öz bəhrəsini verir. Azərbaycanın inkişafı ilə bağlı proqramların uğurlu icrası nəticəsində cəmiyyətimizin bütün sahələri daha sürətli inkişaf edəcək və Azərbaycan dinamik tərəqqi nümayiş etdirən inkişaf etmiş ölkələrin sırasına daxil olacaq»- deyə, deputat qeyd edib.