YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanın turizm potensialı böyükdür

«Azərbaycanın turizm potensialı böyükdür». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkəmizin təbiəti hər il xeyli sayda turistin cəlb olunmasına imkan verir. Onun sözlərinə görə, turizmin inkişafına dövlət dəstəyi də güclüdür.

«Bu istiqamətdə qanunvericilik aktları, proqramlar qəbul olunub. Bu gün ölkədə böyük  turizm infrastrukturu yaradılır. Eləcə də, yüksək standartlara uyğun olan hotellər tikilib istifadəyə verilir. Artıq görülən işlər öz müsbət nəticələrini verməkdədir. İldən ilə ölkəyə turistlərin axını artır. Fikrimcə, gələcəkdə bu sahədə daha böyük nailiyyətlər əldə ediləcək»- deyə, komitə sədri vurğulayıb.