YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir

«Qlobal səviyyədə mürəkkəb iqtisadi proseslərin davam etdiyi hazırkı şəraitdə Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, dövlət-özəl sektorunda əməkdaşlığı davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaradır. Onun sözlərinə görə, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri" Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.

«Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, o cümlədən "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi" ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Görülən işlər nəticəsində qeyri-neft ixracı ilk 4 ayda 22 faiz artıb, manatın sabitliyi ilə bağlı uğurlu nəticələr əldə edilib. Bu uğurlar davamlı xarakter daşıyır»- deyə, komitə sədri vurğulayıb.