YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Ermənistan Dağlıq Qarabağ münaqişəsini xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır

Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir.

Bunu Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolu” adlı panel sessiyasında çıxışı zaman deyib. /Trend/

Z.Əsgərov bildirib ki, dünyada dövlətlər arasında ixtilafların aradan qaldırılmasının ən səmərəli vasitələrindən biri mədəniyyətlərarası dialoq vasitəsilə sivilizasiyaların bir-birinə yaxınlaşmasıdır: "Parlament diplomatiyası bu istiqamətdə mühüm rol oynaya bilər. Azərbaycan Milli Məclisi mədəniyyətlərarası dialoqun inkişafı üçün bütün imkanlardan istifadə edir. Milli Məclis 80 ölkənin parlamentləri ilə münasibətlər qurub, Azərbaycanın multikuturalizm ənənələrini dünyada təqdim etmək üçün lazım olan işləri görür. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquqlarına təminat verən demokratik cəmiyyət nümunəsini təqdim edir. Azərbaycanda mədəniyyətlərarası dialoq və multikulturalizm dövlət səviyyəsinə qaldırılıb. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri dost və mehriban şəraitdə yaşayır. Eyni zamanda təəssüflə qeyd edilməlidir ki, Azərbaycan ərazilərinin 20 faizini 25 ildən artıqdır işğal altında saxlayan Ermənistan bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qələmə verərək dinlərarası münasibətləri gərginləşdirməyə çalışır. Ancaq Ermənistanın bütün bu cəhdləri həmişə olduğu kimi boşa çıxacaq".