YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Halit Eren: 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi digər ölkələr üçün örnəkdir

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi digər ölkələr üçün örnəkdir.

Bu fikri “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfransda iştirak edən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Halit Eren jurnalistlərə müsahibəsində deyib.

Bu qərarın qəbul edilməsinin vaxtında atılmış bir addım olduğunu söyləyən Halit Eren İslam həmrəyliyinin xüsusilə hazırkı dövrdə çox vacib olduğunu vurğulayıb. O, bugünkü beynəlxalq konfransda bununla bağlı çox səmərəli müzakirələrin aparıldığını diqqətə çatdırıb, tədbirin bu baxımdan mühüm aktuallıq kəsb etdiyini bildirib.

Azərbaycanda mövcud olan tolerant və multikultural mühiti yüksək qiymətləndirən Halit Eren fərqli dinlərə və millətlərə mənsub insanların birlikdə dinc şəraitdə yaşamalarının təqdirəlayiq olduğunu vurğulayıb.