YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Nursultan Nazarbayevin ölkəmizə səfəri münasibətlərin daha da gücləndirilməsi, eləcə də türk birliyinin möhkəmləndirilməsi baxımından mühüm səfərdir

«Azərbaycanla Qazaxıstan dost və qardaş dövlətlərdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ölkəmizə səfəri də bu qardaşlığın ifadəsidir». Bu fikirləri yap.org.az saytına Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Cənubi Qafqazda, Qazaxıstan isə Mərkəzi Asiyada söz sahibi olan dövlətlərdir. Onun sözlərinə görə, hər iki dövlət dünyada türk birliyinin gücləndirilməsi üçün mühüm addımlar atır.

«Türk dünyasını əvvəlki dövrlərlə müqayisə etsək, təbii ki, bu məkanda inteqrasiya kifayət qədər sürətlidir. Artıq nəinki ortaq mədəni, elmi, hətta ortaq siyasi mərkəzlər yaranır. Ümumiyyətlə, türk dünyasında inteqrasiya yüksək səviyyədə gedir. Ulu öndər Heydər Əliyev demişdi ki, türk xalqlarının mədəni birliyini onların siyasi birliyi tamamlamalıdır. Artıq istər-istəməz biz bu inteqrasiyanı görürük. Beynəlxalq təşkilatlarda da bu inteqrasiya özünü aydın şəkildə göstərir. Biz türklər olaraq ortaq düşüncədə danışa bilirik. Dünyada bizim birliyimizi daha yaxşı dərk edirlər. Amma bizə qarşı dayanan qüvvələr də çoxdur. Bütün bunlara baxmayaraq, biz dünyaya türk kimi inteqrasiya olunmalıyıq, bunun üçün imkanlarımız güclüdür. Hesab edirəm ki, Nursultan Nazarbayevin ölkəmizə  səfəri ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi, eləcə də türk birliyinin möhkəmləndirilməsi  baxımından mühüm səfərdir»- deyə, N.Cəfərov qeyd edib.