YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənilərin törətdkləri qırğınların kökündə ərazi iddiaları dayanırdı

«1918-1919-cu illər xalqımız üçün ağır oldu. Şaumyanın rəhbərliyi ilə 15 min nəfərlik silahlı dəstə yaradıldı. Daşnakstyun partiyasının 4 min nəfərlik ordusu da buraya qoşuldu. Məqsəd Bakı və digər əraziləri azərbaycanlılardan təmizləmək idi. Bir  həftə ərzində Bakıda 30 min azərbaycanlı qətlə yetirildi. Ermənilər yenə də çox vəhşiliklər etdilər. Qadınlar təhqir olunaraq öldürüldü, uşaqlar diri-diri yandırıldı, süngüyə keçirildilər. Bakıda insanların evindən «Quran»lar toplanaraq yandırıldı». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, həmin dövrdə Qubada da  qətliam oldu, azərbaycanlılarla yanaşı ləzgi, yəhidilər də qətlə yetirildi, bütövlükdə Qubada 20 min insan öldürüldü, 122 kənd dağıdıldı. Lalayanın rəhbərliyi ilə Şamaxıda isə 8 min azərbaycanlı öldürüldü, 58 kənd dağıdıldı. Gəncədə də 12 min adam öldürüldü. Zəngəzurun isə 115 kəndi dağıdıldı, burada yaşayan 50 min insandan 10 min 68 insan qətlə yetirildi. Digər insanlar isə öz doğma torpaqlarından qovuldular.

«Andranikin ordusu görünməməş vəhşilik törətdilər. Zəngəzurun Vağadi kəndində 400 nəfər qadın, qoca,  uşaq qorunmaqdan ötrü məscidə sığınmışdılar. Ermənilər məscidin qapısını çöldən bağlayıb insanları diri-diri yandırmışdılar. Qadınlar özlərini qayadan atırdılar, çayda boğurdular, qalanlarını isə ermənilər öldürdülər. Şəki kəndində hamilə qadınların qarınlarını yarıb uşaqları süngüyə taxdılar. Evlərdə uşaqları divara mismarlayıb öldürdülər. Qafan rayonunda bir kənddə qadın çörək bişirdiyi yerdə ermənilər gəlib onun iki azyaşlı övladını təndirə atıblar. Qadın da usaqlarını xilas etmək üçün özünü təndirə atıb uşaqları ilə yanıb. Ermənilər İrəvan ətrafında 211 kəndi dağıtdılar, 14 min insanı qətlə yetirdilər. Eyni qətliamlar basqa bölgələrdə də baş verib. Cənubi Azərbaycanda da 150 min azərbaycanlı qətlə yetirilib. Ümumiyyətlə, bu qırğınların kökündə ərazi iddiaları dayanırdı. 1918-1920-ci il qırğınları nəticəsində  Qərbi Azərbaycanda yaşayan 600 min azərbaycanlıdan 575 min nəfəri ya qətlə yetirildi, ya da deportasiya olundu. 1918-ci ildə Zəngəzurda 50 min azərbaycanlı yaşayırdısa 1926-cı ildə onların 5 min nəfəri geri qayıtmışdı»- deyə, M.Quliyev vurğulayıb.