YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Tariximizi unutmamalıyıq və faciələrimizi hər zaman yaşatmalıyıq

«Soyqırımdan danışarkən bunu təkcə millətin faciəsi kimi təqdim etmək lazım deyil. Təbii ki, tariximizi unutmamalıyıq və bu faciələri hər zaman yaşatmalıyıq. Amma ideoloji müharibə getdiyi bir zamanda mart soyqırımına gedən tarixi yollara daha çox nəzər salmalıyıq, onun səbəblərini izah etməliyik». Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, baş verən bu hadisələr Azərbaycan xalqına qarşı strateji plandır və bu planın mahiyyətini ardıcıl olaraq cəmiyyətimizə çatdırmalıyıq. Məqsədimiz isə məhz erməni xislətinin mahiyyəti açıb dünyaya göstərmək və onların məkrli planlarının qarşısını almaq olmalıdır. 

«Bu hadisələrin tarixindən danışarkən, qeyd etmək lazımdır ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsindən sonra Azərbaycan torpaqlarında yerləşdirilən ermənilərin iştirakı ilə XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı qətliamlar törədilib. Gülüstan sülh müqaviləsinə qədər bu ərazidə bir nəfər də olsun erməni yaşamayıb. 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırımı bir neçə gün davam edib. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, “Azərbaycan” qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur.  1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açıb. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə hücum ediblər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başlayıblar. O zaman ermənilər rusları inandırıblar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec olub. Çünki alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı həddindən artıq çox idi. Bu qətliam zamanı erməni millətçiləri heç kimə rəhm etməyiblər. Qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetiriblər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının da hamısını yandırıblar. Hətta İçərişəhərə hücum zamanı Anastas Mikoyanın başçılığı ilə yaradılmış “İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyəni” yandırıb, “Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik ediblər»- deyə, F.İbrahimli vurğulayıb.