YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Allahşükür Paşazadə: Prezidentimizin qlobal səviyyədə İslami həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə çağırışı ehtiva edir

«İslam bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşır və onlarla dialoq, əməkdaşlığa önəm verir. Möhtərəm dövlət başçımızın İslam həmrəyliyi ideyasına istinadı da məhz İslamın bu səciyyəvi cəhətindən qaynaqlanır». Bu fikirləri yap.org.az saytına müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Allahşükür Paşazadə bildirib ki, Prezidentimizin qlobal səviyyədə İslami həmrəylik ideyası digər səmavi dinlərlə sülh naminə birliyə çağırışı ehtiva edir. Bu baxımdan, İslam həmrəyliyi, fəqət, təkcə müsəlman dünyası deyil, bütün dünya üçün, dinlərarası dialoq və münasibətlərin yuksəlişi üçün gözəl imkan kimi dəyərləndirilməlidir.

«Dini ideyaların qarşıdurma və münaqişələr üçün istifadəsinə yol verilməməsinin zəruri olduğu indiki dönəmdə İslam həmrəyliyi İslamı terrorla eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı ayrıseçkilik nümayiş etdirən, İslama qarşı çirkin gözdənsalma kampaniyası aparan, İslam dünyası daxilinə nifaq salmaq istəyənlərə cavab olaraq İslamın əsl, mütərəqqi mahiyyətinin  təbliği üçün imkan, fürsətdir»- deyə, o vurğulayıb.