YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstanın hökumət üzvləri Azərbaycana səfər edəcək

Macarıstanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Mədəniyyət naziri Peter Hoppal, xarici işlər nazirinin müavini Jolt Çutora və digər hökumət üzvlərindən ibarət nümayəndə heyətinin səfəri 16-18 mart tarixlərində nəzərdə tutulub. /Trend/

Səfər çərçivəsində nümayəndə heyəti Bakıda keçiriləcək Macarıstan günləri ilə bağlı tədbirlərdə iştirak edəcək.

Qeyd edək ki, Macarıstan günləri çərçivəsində keçiriləcək tədbirlərin təşkilatçısı bu ölkənin Azərbaycandakı səfirliyidir. Macarıstan günləri çərçivəsində müxtəlif təqdimatlar, konsertlər, sərgilər və digər tədbirlər keçiriləcək.