YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər

«Bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva parlamentin martın 10-da keçirilən iclasında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklər məsələsinin müzakirəsi zamanı deyib.

S.Fətəliyeva bildirib ki, media azad olsa da, müəyyən qədər məhdudiyyətlər nəzərdə tutulmalıdır. Onun sözlərinə görə, hazırda bəzi saytlar cəmiyyətimizin, xüsusilə uşaqlar üçün zərərli olan informasiyalara geniş yer verirlər.

«Bu gün uşaqların intihar hallarının sayı artır. Təbii ki, burada mediada yayılan müəyyən məlumatlar, informasiyalar da öz təsirini göstərir. Bundan əlavə, Rusiyada və Qazaxıstanda uşaqlar arasında oynanılan «Mavi balina» adlı oyun var ki, bu da uşaqların psixologiyasına mənfi təsir edir, son hədd intiharla nəticələnir. Bu oyun ölkəmizdə də yayılır. Hesab edirəm ki, belə halların qarşısı alınmalıdır. Bu məsələlər qanunla tənzimlənməlidir»- deyə, S.Fətəliyeva vurğulayıb.