YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliklər zəruridir

«"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliklər zəruridir. Çünki ölkəmizin informasiya təhlükəsizliyi vacib məsələdir. Hesab edirəm ki, bu qanun layihəsi bir qədər də sərtləşdirilməlidir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli  Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.  

S.Novruzov  bildirib ki, ölkəmizin KİV-lərində, o cümlədən televiziyalarda intihar, cinayət işlərinə xüsusi yer verilir. Onun sözlərinə görə, bəzi Avropa ölkələri intiharın sayına görə dünyada birinci yerdə gedir: «Sovetlər Birliyində intihar, avtomobil qəzası yox idi? İnternet saytlarında daha önəmli məsələni kənara qoyub bu məsələləri populyarlığa görə önə çıxarırlar. Bunu etməklə digərlərini də buna təhrik edirlər. Televiziyalarımızda verilişlərin hamısı cinayət xronikası verir. Tələm-tələsik informasiyanı cəmiyyətə çatdırmaqla xal qazanmaq düzgün deyil. Bu informasiyalar bəzi insanları bu mənfi istiqamətlərə yönəldir».

Millət vəkili həmçinin qeyd edib ki, sosial şəbəkələrə şərh yazmaq üçün şəxsiyyət vəsiqəsi ilə qeydiyyatın tələb edilməsi zəruridir. «Ölkəmizdə internet tam şəkildə azaddır. Bundan sui-istifadə edənlər var. İstənilən adam istədiyini təhqir edir, başa düşmür ki, bunu hər kəs oxuyur. Saxta profil açıb istədiyi fikri yazır. Burada məsuliyyət müəyyənləşdirilməlidir. Xaricdə hər hansı bir portal yaradıb Azərbaycanın ordusu, əsgəri ilə bağlı yazılar yazırlar. Sonra ordan götürüb o xəbərləri verənlər var. Belə məlumatları yayanlar hansısa bir formada ölkədən qaçanlardır. Bu informasiyalar cəmiyyətə təsir edir. Ona görə də, belə halların qarşısı alınmalıdır»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.