YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Martın 10-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Z.Həsənov Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin genişləndirilməsində ölkələrimizin rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və qarşılıqlı münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi sahədə əməkdaşlığın vacibliyini qeyd edən dövlət naziri T.Al-Sabha bunun üçün geniş potensialın olduğunu bildirib.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.