YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Əliyeva: «Məktəbəqədər təhsil haqqında» qanun təhsil siyasətinin tərkib hissəsi kimi bu sahənin inkişafına töhfə verəcək

«Dünyanın hər bir yerində, ictimai inkişafın hər bir mərhələsində gənc nəsillərin öyrədilməsi, maarifləndirilməsi bir fəaliyyət kimi önə çəkilib. Zaman keçdikcə təhsil anlayışına baxış və yanaşmalar da dəyişib, təhsil anlayışı dar çərçivədən çıxaraq, fasiləsiz təhsil, ömrü boyu öyrənmə prinsiplərii ilə uzlaşaraq fərqli istiqamətlərə yön alıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, təhsil dedikdə yalnız məktəb və ya universitet təhsili nəzərdə tutulmur. Onun fikrincə, təhsil həyatın bütün çağırışlarına hazırlıq üçün erkən yaşlardan başlayan uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir və insan ömrü boyu öyrəndiklərinin çox hissəsini məhz erkən yaşlarında öyrənir.

«Həmçinin, təhsil sistemi məktəbəqədər təlim və tərbiyədən başlayaraq akademik doktorluq proqramnlarına qədər təhsilin bütün pillə və səviyyələrini əhatə edir. Odur ki, məktəbəqədər yaşlı uşaqların kompleks şəkildə təhsili, təlim və tərbiyəsi ilə məşğul olan bütün mnəktəbəqədər müəssisələrinin məktəbəqədər təhsil müəssisəsi adlandırılması qlobal ümumi yanaşmanın təzahürüdür və ümumilkdə təhsil sisteminin ayrılmaz tərkib hissəsidir. «Məktəbəqədər təhsil haqqında» qanun da ümumilkdə məktəbəqədər yaşlı uşaqların təhsil hüquqlarının müdafiəsi, eləcə də, təlim -tərbiyə alması, sosial müdafiəsi və sağlamlıqlarının qorunması ilə məşğul olan müəəsisələrin fəaliyyətini, hüquq və vəzifələrini, bir sıra digər məsələləri tənzimləyir. Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun üzvü olaraq, deyim ki, layihə hazırlanarkən beynəlxalq  təcrübə diqqətlə araşdırılıb, bu sahə üzrə ölkəmizdə mövcud olan geniş normativ hüquqi aktlara istinad edilib və nəticədə əhatəli şəkildə qanun layihə meydana cıxıb. Ümumiyyətlə, təhsil sisteminin effektiv inkişafına xidmət edən təhsil siyasəti strateji prioritet olaraq daim ölkə rəhbərliyinin diqqət nərkəzindədir. Və təhsilin inkişafı ilə bağlı bir sıra proqramlar hazırlanıb, inkişaf strategiyalarında hədəflər müəyyən edilib. Bu baxımdan 2016-cı ilin sonlarına doğru imzalanmış strateji yol xəritələrində insan kapitalının formalaşmasında təhsil sisteminin strateji istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində məktəbəqədər təhsillə bağlı ayrıca müddəa qeyd olunub, uzunmüddətli perspektivdə bu sahənin insan kapitalının keyfiyyətinin yüksəldilmısinə təsiri diqqətə çatdırılmış və prioritet hədəflər ortaya qoyulub. Bu reallığı da nəzərə alaraq bu gün bu qanun layihəsinin hazırlanması dövlət təhsil siyasətinin tərkib hissəsi olmaqla bu sahənin inkişafına töhfə verəcəyinə inanırıq»- deyə, S.Əliyeva qeyd edib.