YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi ümumi inkişaf strategiyasının tərkib hissəsidir

«İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycanda həyata keçirilən ümumi inkişaf strategiyasının tərkib hissəsidir». Bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara edilən dəyişikliklər zəruridir. Onun sözlərinə görə, hər iki sənəd Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub.

«Bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır. Həmçinin,  düzəlişlərin mahiyyəti internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək»- deyə, vitse-spiker vurğulayıb.