YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə Baş nazirinin müşaviri: “İslam Həmrəyliyi İli” təşəbbüsü Prezident İlham Əliyevin qlobal sülh çağırışıdır

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi qlobal sülh çağırışıdır. Bütün dünya üçün xüsusi əhəmiyyət daşıyan bu təşəbbüs özündə bütün mütərəqqi yanaşmaları ehtiva edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca bildirib. İslam dininin çoxistiqamətli təhdidlərə məruz qaldığı bir dövrdə Azərbaycanın dövlət başçısının “İslam Həmrəyliyi İli” təşəbbüsünün bütün müsəlman dünyası tərəfindən rəğbətlə qarşılandığını diqqətə çatdıran Mehmet Akarca deyib: “Prezident İlham Əliyev bütün məsələlərdə praqmatik qərarları və qətiyyətli mövqeyi ilə seçilən siyasi xadimdir. Hesab edirəm ki, “İslam Həmrəyliyi İli” təşəbbüsü Azərbaycan-Türkiyə münasibətlərinin daha sürətli inkişafı üçün də əhəmiyyətli olacaq. Bütün məsələlərdə birgə səylərlə çıxış edən Azərbaycan və Türkiyə İslam dininə qarşı bütün haqsızlıqların dəf edilməsinə də böyük töhfə verə biləcək. Bütün məsələlərdə olduğu kimi, bu işdə də Azərbaycan Prezidenti İlham Əliyevin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın birgə səyləri böyük nəticələr verəcək”.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə “İslam Həmrəyliyi İli” təşəbbüsünü nəzəriyyə ilə praktikanın vəhdəti kimi dəyərləndirən Mehmet Akarca qeyd edib ki, artıq idman ölkəsi kimi bütün dünyada şöhrət tapan Azərbaycan 2017-ci ildə İslam ölkələrinin idman ictimaiyyətinə ev sahibliyi etməklə beynəlxalq idman arenasına daha bir tarixi səhifə yazacaqdır. Bu iki proses müsəlman xalqlarının idman və tərəqqi mədəniyyətinin birlikdə nümayiş etdirilməsi üçün tarixi şans yaradıb. O, əmin olduğunu bildirib ki, böyük imkanlara və təcrübəyə malik olduğu üçün Azərbaycan xalqı hər iki məsələdə heyranedici nəticələr qazana biləcəkdir.