YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək

Latviya Prezidenti Raymonds Veyonis xanımı ilə birlikdə gələn ay Azərbaycana səfər edəcək. Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir. Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilən Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri kimi məsələlər müzakirə ediləcək.

Forumda bir sıra ölkələrin prezidentlərinin, sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, ictimai xadimlərin iştirakı gözlənilir.

Xatırladaq ki, bu, Bakıda keçirilən sayca beşinci Forumdur. İlk Forum 2013-cü ildə təşkil olunub.