YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı təsdiq olunub

Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb. Qanunvericilik işlər planına Azərbaycan Prezidentinin,  Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, “İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanununun, “Milli Məclis deputatının etik davranış qaydaları haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Daxili Qoşunların statusu haqqında”, “Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında”, “Hesablama Palatası haqqında”, “Ətraf mühitin təsirinin qiymətlənlirilməsi haqqında”, “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında”, “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Reproduktiv sağlamlığın qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” və Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi haqqında qanun layihələri daxildir.

Millət vəkilləri qanunvericilik işlər planını müzakirə edərək təsdiqləyiblər.