YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi” İli elan etməsi böyük əhəmiyyət kəsb edir

«Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi” İli elan etməsi böyük əhəmiyyət kəsb edir. Əslində, bu, «Multikulturalizm ili»nin davamıdır. Çünki ölkəmiz belə bir dəyərləri dünyada fəal təbliğ edir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, son günlər  Azərbaycan Prezidenti tərəfindən mühüm addımlar atılıb. Onun sözlərinə görə, bunlardan birincisi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamdır. Bu Sərəncam nəticəsində qaçqın və məcbur köçkünlərin öz doğma torpaqlarına qayıdacaqlar.

«Digər bir mühüm məqam dövlət başçısının hərbçilərlə görüşündə Azərbaycan torplaqlarında ikinci erməni dövlətinin yaradımaması barədə bəyanatı, həmçinin Regionların sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramının icrasının üçüncü ilinə həsr olunmuş konfrasda çıxışı zamanı ölkəmizin perspektiv inkişafıı ilə əlaqədar söylədiyi fikirlərdir. Bu fikirlər  Prezidentimizin xalqımızın maraqlarını müdafiə etdiyini,  əhalinin sosial rifahın daha da yaxşılaşdırılması istiqamətində atdığı addımların sübutudur»- deyə, S.Novruzov vurğulayıb.