YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Təhsil istənilən cəmiyyətin taleyində həlledici rola malikdir

«Təhsil istənilən cəmiyyətin taleyində həlledici rola malikdir». Bu fikri  Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, təhsil dünyanı, bütün cəmiyyətləri irəliyə aparan əsas amildir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində atdığı addımlar cəmiyyətimizin inkişafına öz təsirlərini göstərməkdədir.

«Son illər təhsil  sahəsində görülən işlər müasir cəmiyyətin inkişafı modeli kimi ortaya qoyulub. Bu gün həm AMEA-da, həm də məktəblərdə islahat prosesləri gedir. Bir çox yeniliklər müşahidə olunmaqdadır. Təhsil krediti ilə bağlı qurumların yaradılması, eləcə də digər işlər təhsildə yeniliklərin olduğunu göstərir. Eyni zamanda Azərbaycan təhsili, elmi, iqtisadiyyatın inkişafına və insanların sosial rifah halının daha da yaxşılaşmasına təsir edir. Təhsil sosial inkişafda da çox vacibdir və buna önəm verilməlidir. Təhsilin qanunvericilik bazası ilə bağlı mühüm addımlar atılır. Yaxın zamanlarda təhsilin digər sahələr ilə bağlı da qanun layihələri hazırlanacaq. Bu istiqamətdə görülən işlər cəmiyyətimizin daha da inkişafına böyük töhfələr  verəcək»- deyə, komitə sədri vurğulayıb.