YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiyanın xarici siyasəti üçün prioritet mövzulardan biridir

RF xarici işlər naziri Sergey Lavrovun Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqları konstruktiv olub. Bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair konkret ideyalar müzakirə olunub.

RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə cümə günü Moskvada keçirdiyi növbəti brifinqdə məlumat verib.

M.Zaxarovanın sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında növbəti görüşlər planlaşdırılır, lakin həmin görüşlərin qrafiki hələlik formalaşmayıb. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiyanın xarici siyasəti üçün prioritet mövzulardan biridir. Ona görə də bu məsələ ilə bağlı görüşlər davam edəcək.

RF XİN-in rəsmi nümayəndəsi deyib: “Bu, çox incə mövzudur, danışıqlar konstruktiv oldu və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair müxtəlif konkret ideyalar müzakirə olundu”.