YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın Bakıdakı səfiri: “Cənub qaz dəhlizi” layihəsinin Məşvərət Şurasının üçüncü iclası vacib hadisə olacaq

“Cənub qaz dəhlizi” layihəsinin Məşvərət Şurasının üçüncü iclası vacib hadisə olacaq.

Bunu Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyib.

Diplomatın sözlərinə görə, bu görüş zamanı tərəflər layihə ilə bağlı detalları müzakirə edəcək.

Səfir qeyd edib ki, tədbirdə İtaliyadan da mötəbər nümayəndə heyəti iştirak edəcək

Qeyd edək ki, “Cənub qaz dəhlizi” layihəsinin Məşvərət şurasının üçüncü iclası Bakıda fevralın 23-də keçiriləcək.