YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manatlıq transfert doğru addımdır

«2017-ci ildə Dövlət  Neft Fondu "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə”  Mərkəzi Banka 7,5 milyard manat  transfert etməsi nəzərdə tutulur. Dövlət Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır. Ümumilikdə, Dövlət Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manatlıq transfert doğru addımdır»”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Onun sözlərinə görə, əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq.

«Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmadan real sektora "isti pulların” daxil olmasını reallaşdırmaq çətin olduğundan, bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Mərkəzi Bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa belə, liberal məzənnə siyasətinə keçid istisna edilmir»- deyə, iqtisadçı-ekspert qeyd edib.